RU
Casus qalmaqalı: Baş direktorun karyerası sevgilisinə görə bitir
17:30
16

Casus qalmaqalı: Baş direktorun karyerası sevgilisinə görə bitir

Amerika Birləşmiş Ştatları Senatının Bank Komitəsinin respublikaçı üzvü Kevin Kramer "Nvidia" şirkətinin baş direktoru Censen Huanqın istefasını tələb edib. Buna səbəb kimi Huanqın Çin xeyrinə casusluq fəaliyyətində şübhəli bilinən qadınla gizli sevgi münasibətinin üzə çıxması göstərilir.

Bu barədə "Politico" nəşri yazıb.

"Şantaj riski çox yüksəkdir və "Nvidia" çipləri təhlükəsizlik baxımından o qədər həssasdır ki, mənim fikrimcə, o, vəzifəsini tərk etməlidir", - deyə K.Kramer açıqlamasında bildirib.

Siyasətçi vurğulayıb ki, casus ola biləcək qadınla sevgili olmaq təhlükəsizliklə bağlı ciddi narahatlıqların yaranması üçün kifayət edə bilər.
 
Qeyd edək ki, noyabrın 8-də "Nvidia"nın Direktorlar Şurası Huanqla bağlı istintaqın başladığını elan edib. Şirkət rəhbəri özü göndərdiyi elektron məktubda Çin üçün casusluqda şübhəli bilinən şəxslə romantik münasibətlərini etiraf edərək, addımlarına görə tam məsuliyyəti üzərinə götürdüyünü diqqətə çatdırıb. Çin Xarici İşlər Nazirliyi isə Huanqla əlaqəsi olan qadının bu ölkənin kəşfiyyatına işləməsi barədə deyilənləri böhtan adlandırıb.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ