7News.az xəbər verir ki, Braziliyada məktəbə gedən 12 yaşlı qız, onu silahla hədələyərək boş bir sahəyə aparmağa cəhd edən şübhəli şəxsin əlindən son anda xilas edilib. Vəziyyətdən şübhələnərək müdaxilə edən dörd övlad atası Villian Ribeyro hücum edən şəxslə mübarizə apararaq qızı xilas etməyə nail olub. Şübhəli şəxs yaxalanaraq həbs edilib; ölkədə qəhrəman kimi qarşılanan Ribeyro isə ona təklif olunan pul və avtomobildən imtina edib.








