7News.az xəbər verir ki, ABŞ Qida və Dərman Administrasiyası (FDA) Ozempic, Wegovy və Mounjaro kimi, arıqlamaq və şəkərli diabetin müalicəsi üçün istifadə olunan və geniş yayılan GLP-1 qrupuna aid dərmanların etiketlərinə, daimi korluğa səbəb ola bilən nadir göz xəstəliyi riski barədə xəbərdarlığın əlavə edilməsini tələb edib.








