7NEWS.az xəbər verir ki, bunu Mingəçevirin 78 yaşı münasibətilə yazdığı təbrik məktubunda Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü şair, publisist Ramiz Göyüşov deyib.
Hörmətli mingəçevirlilər!
8 Noyabr Zəfər Günü və 9 Noyab Dövlət Bayrağı Günü kimi möhtəşəm bayramların bir-birini əvəz etdiyi bu günlərin davamı olan 11 noyabr- Mingəçevir şəhəriniun ad günüdür. 78 il bundan öncə, 1945-ci il noyabrın 11-də şəhər statusu alan Mingəçevirimiz ötən illər ərzində mingəçevirlilərin qadir əməyinin sayəsində sürətli inkişaf yolu keçərək respublikamızın 4-cü sənaye və mədəniyyət mərkəzinə çevrilmişdir. Bu günlər 78 yaşını qeyd edən şəhər ölkəmizin Energetika paytaxtı olmaqla, həm də Cənubi Qafqazın ən böyük Energetika mərkəzidir. Hazırda Mingəçevirdə yaşaya mingəçevirlilər və həyatının bir hissəsini bu şəhərlə bağlamış və özünü mingəçevirli sayan hər bir şəxs bu şəhərlə qürur duyur.
Əziz mingəçevirlilər!
Bütün mingəçevirlilər üçün bu əzizi gündə, bir vaxtlar vəzifəsindən və tutuduğu mövqedən asılı olmayaraq, şəhər həyatının müxtəlif sahələrində çalışmış, şəhərin inkişafında xidmətlər göstərmiş və indi bu günləri görməyən bütün mingəçevirlilərin əziz xatirəsini ehtiramla yad edir, şəhərin inkişafında bu gün də yorulmadann çalıçşan hər bir mingəçevirlini bu əlamətdar tarix münasibətilə ürəkdən təbrik edir və möhkəm can sağlığı və yeni-yeni nailiyyətlər arzulayıram.
Bayramınız mübarək olsun.
Dərin hörmət və ehtiramla
Köhnə mingəçevirli Ramiz Göyüşov








