RU
Qızıl Qaya şadlıq sarayında qalmaqal: Gözdən əlillər zəhərləndi, restoran rəhbərliyi onlara hücum etdi - İDDİA
09:50
31

Qızıl Qaya şadlıq sarayında qalmaqal: Gözdən əlillər zəhərləndi, restoran rəhbərliyi onlara hücum etdi - İDDİA


7NEWS.az xəbər verir ki, gözdən əlilliyi olan şəxslərin iştirakı ilə Qızıl Qaya şadlıq sarayında keçirilən tədbir xoşagəlməz hadisələrlə yadda qalıb.

Belə ki, tədbir iştirakçılarına təqdim olunan ət yeməklərinin keyfiyyətsiz və iylənmiş olduğu iddia edilir. Nəticədə xeyli sayda şəxsin qida zəhərlənməsinə məruz qaldığı bildirilir.

Hadisə ilə əlaqədar əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları gəlib. Lakin hadisə bununla da bitməyib. İddialara görə, restoran rəhbərliyinin nümayəndələri bir neçə gözdən əlil şəxslə mübahisə edərək onlara hücum edib və fiziki zorakılıq göstəriblər.

Baş verənlər tədbir iştirakçılarının ciddi narazılığına səbəb olub. Xüsusilə də sosial müdafiəyə və diqqətə ehtiyacı olan gözdən əlil şəxslərə qarşı belə münasibət göstərilməsi hadisənin ictimai əhəmiyyətini daha da artırır.

Məsələ ilə bağlı qida təhlükəsizliyi, mümkün kütləvi zəhərlənmə və fiziki zorakılıq iddialarının aidiyyəti qurumlar tərəfindən araşdırılması zəruridir.

7NEWS.az hadisənin bütün təfərrüatlarını, zərərçəkənlərin vəziyyətini və aidiyyəti qurumların mövqeyini dəqiqləşdirməyə çalışacaq.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ