RU
Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur
16:17
69

Xəstəxananın şöbə müdiri 100 min manat mənimsəməkdə ittiham olunur

Ucar rayon xəstəxanasının vəzifəli şəxsi külli miqdarda mənimsəmədə ittiham olunur.

7News.Az APA-ya istinadən xəbər verir ki, "Ucar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Farmokonəzarət sektoru və aptek bölməsinin müdiri Qüdrət Qarayevə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Bölmə müdiri 100 min manatadək vəsaiti mənimsəməkdə ittiham edilir. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş üzrə zərərçəkən kimi TƏBİB tanınıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ