Efiopiyada silahlı hücumlar nəticəsində 60 nəfər həlak olub
7News.az xəbər verir ki, Efiopiyanın Oromiya bölgəsinin Arsi zonasında 20 və 24 oktyabr tarixlərində baş verən iki ayrı silahlı hücum nəticəsində azı 60 nəfər həlak olub, 20 nəfər isə ağır yaralanıb. Hücumlardan sonra Efiopiya Pravoslav Kilsəsi hökuməti mülki şəxsləri qorumağa və məsuliyyət daşıyanları yaxalamağa çağırıb.