"Baxıram, "söyüş müxalifəti”nin ərsəyə gətirdiyi verilişlərə. Baxıram, anti - milli ünsürlərin fəaliyyətinə. Baxıram, Tural Sadıqlı, Mehman Hüseynov kimi yaramaz gədələrin hərəkətlərinə. Dəhşətə gəlirəm! Şok oluram! Heyrətlənirəm! Aman Allah, insan nə qədər namərd, nə qədər binamus, nə qədər şərəfini itirmiş olmalıdır ki, bu hala gəlsin? İnsan, evdə, ailədə hansı tərbiyəni görməli, almalıdir ki, böyüyüb belə vəziyyətə düşsün? İnsan, şəxsiyyətini, mənliyini, qürurunu, kişiliyini haralara qədər endirməlidir ki, özü üçün vətən, dövlət, milli maraq satmağı bu qədər adiləşdirsin?! – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"İndi də xaricdə, xüsusən də qonşuluqda Azərbaycanın əleyhinə iş aparanları axtarıb tapırlar və ölkəmizə qarşı danışdırırlar! Üstəlik, qəyyumlarından aldıqları tezislər əsasında. Ağalarından gələn əmrlərə boyun əyərək! Xüsusi xidmət orqanlarının birbaşa təlimatı ilə. Bəlli maliyyə qarşılığında!
Rəzil yığını! Namərd topası! Qaraguruh komu!
Siz həqiqətən də, adamlıqdan, insanlıqdan çoxdan çıxmısınız, yırtıcı, quduz məxluqlarsınız və artıq elə bir vəziyyətdəsiniz ki, murdar simanızda maska da duruş gətirmir, dayanmır, düşür.
Amma, heç darıxmayın. Son çırpıntılarınızdı.
Sizin də susacağınız, Azərbaycan məhkəmələrində boynu bükük, quzu balası kimi dayanacağınız, törətdiyiniz amansız cinayətlərə görə qanun qarşısında cavab verəcəyiniz günə az qalıb! Həm də, lap az. Çox az...!” - deyə millət vəkili fikirlərinə davam edib.








