"Bəli. Görünən budur ki, Ermənistan höküməti də, onun baş naziri də bu gün özünü son dərəcə qeyri - ciddi aparır və sülhlə bağlı hər gün bir fikrə gəlir. Amma belə bleflərin, spekulyasiyaların nəticəsi olmayacaq. Sonucda Paşinyan mütləq masaya oturacaq və həmin sazişi imzalayacaq. Niyə? Çünki başqa yolu qalmayacaq. Çünki bölgədə şərtləri Azərbaycan diktə edir. Çünki həmin sülh ilk öncə Ermənistanın özünə hava - su kimi lazımdır.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.
"Ermənistanın başbilənləri bir şeyi nəzərlərində saxlasınlar ki, bizimlə növbəti dəfə oyun oynamağa qalxsalar, sülhlə bağlı hətərəm - pətərəm siyasət yürütsələr və həmin sülhdən yayınmağa çalışsalar, ilk öncə özlərinə pislik edəcəklər və nəticə etibarilə bütün hallarda məğlubiyyətlə, uğursuzluqla baş - başa qalacaqlar.” - deyə Partiya sədri fikirlərinə davam edib.








