7News.az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçmiş Avropa Parlamentinin üzvü və Taekvondo Federasiyasının prezidenti Slavi Binev öz evində baş verən silahlı hücum zamanı başından vurularaq öldürülüb. "Trakiya" avtomagistralında keçirilən əməliyyat nəticəsində saxlanılan şübhəlilərdən ikisinin Türkiyə vətəndaşı olduğu müəyyən edilib. Şübhəlilərdən biri – Eyüp Temiz barəsində qətl ittihamı ilə hüquqi proses başlanılıb. Adları açıqlanmayan digər iki nəfər isə verdikləri ifadələrdən sonra şahid qismində təsnif olunublar.








