7News.az xəbər verir ki, Suriyanın İdlib vilayətindəki sursat anbarında güclü partlayış baş verib. Səraqib yaxınlığındakı obyektdə saxlanılan sursatların ard-arda partlaması nəticəsində səmaya nəhəng alov topu qalxıb, partlayışın şiddəti isə sursatların ətraf əraziyə səpələnməsinə səbəb olub. Böyük yanğına yol açan partlayışın səbəbi hələlik məlum deyil. Mümkün itkilər və ya xəsarət alanlarla bağlı isə hələlik heç bir rəsmi açıqlama verilməyib.