3 yaşlı futbolçunun qarşısını almaq mümkün olmadı, polis çağırıldı
7News.az xəbər verir ki, ABŞ-ın Florida ştatında 5 yaşlı uşaqlarla birlikdə futbol oynayan 3 yaşlı Nevada Pyer, göstərdiyi müstəsna oyunla digər valideynlərin narazılığına səbəb olub. Ailəsinin bildirdiyinə görə, rəqiblərinin topu əlindən almaqda çətinlik çəkdiyi bu azyaşlı futbolçu, sözügedən şikayətlərdən sonra liqadan uzaqlaşdırılıb. Hətta hadisə yerinə polis də çağırılıb. Hüquq-mühafizə orqanları isə aydınlıq gətirib ki, insident uşağın istedadına görə deyil, onun ailəsi ilə liqa rəsmiləri arasında yaranan mübahisə səbəbindən baş verib.