7News.az xəbər verir ki, Ekvadorda, idman zalının yaxınlığında, qara bir çantanın içərisində 16 yaşlı TikTok istifadəçisi Leslibet Anahi Qarsiya Fariasın kəsilmiş başı aşkar edilib. Bədəninin qalan hissəsi hələ tapılmasa da, görüntülərdə onun başına silah tuşlandığını əks etdirən bir video ortaya çıxıb. Polis hazırda bu görüntülərlə qətl hadisəsi arasındakı əlaqəni araşdırır. Cinayətin motivi və onu törədənlərin kimliyi isə hələlik məlum deyil.








