7News.az xəbər verir ki, internet üzərindən fəaliyyət göstərən ingilis dili lüğəti saytı Dictionary.com, onlayn forumlarda yaranmış "maxxing" termininin 2026-cı il üçün "İlin sözü" seçildiyini elan etdi. Maxxing - ingilis dilindəki maximum (maksimum) və maximize (maksimuma çatdırmaq) sözlərindən yaranmış, internet və gənclər (Z nəsli / Alfa nəsli) arasında işlədilən jarqon termindir. Bu termin hər hansı bir şeyi mütləq həddinə çatdırmaq, mümkün olan ən yüksək səviyyəyə qaldırmaq və ya onu optimallaşdırmaq mənasını ifadə edir.








