RU
Ərdoğan bu gün Dövlət Bağçalı ilə görüşəcək
17:50
27

Ərdoğan bu gün Dövlət Bağçalı ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı bu gün Prezident Sarayında görüşəcəklər.

Görüş barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran açıqlayıb.

Duran sosial şəbəkə hesabında paylaşım edərək bildirib:

"Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan MHP sədri cənab Dövlət Baxçalı ilə bu gün saat 14:00-da Prezident Kompleksində görüşəcək.”

Qeyd edək ki, iki lider son dəfə avqustun 6-da da görüşmüşdü.

Görüşdə hansı məsələlərin müzakirə olunacağı ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ