Bakının Yasamal rayonunda təmir işləri zamanı hündürlükdən yıxılan şəxs həyatını itirib.
Hadisə Qış parkının yaxınlığında baş verib.
Təxminən 45-50 yaşlarında olan kişi yaxınları tərəfindən tibb müəssisəsinə aparılıb. Lakin onun həkiməqədər ölüm faktı qeydə alınıb.








