İsveçrənin Sürix şəhərində sol radikal qrupların keçirdiyi etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları nümayişçilərə qarşı su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
7News.Az modern.az-a istinadən xəbər verir ki, aksiya Helvetiaplatz meydanında və Langştrasse küçəsində başlayıb. Təşkilatçılar əvvəlcədən iştirakçıları əmlaka zərər vurulması ehtimalı barədə xəbərdar edib və onlara qoruyucu maskalar götürməyi tövsiyə ediblər.
Nümayiş zamanı etirazçılar binaların şüşələrini sındırıb, fasadlarına yazılar yazıblar. Bundan əlavə, zibil konteynerlərindən barrikadalar quraraq onları yandırıblar.
Zərər çəkən barlardan birinin sahibi nümayişçilərin hərəkətlərini pisləyib. Onun sözlərinə görə, etirazçılar ictimai əmlakı dağıdır və baş verənləri videoya çəkirdilər.








