İordaniya hərbçiləri Suriyadan ölkənin şimalına keçməyə cəhd göstərən 14 silahlı şəxsdən ibarət qrupun qarşısını alıblar.
"Reuters" xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin bu gün yaydığı bəyanatda bildirilib.
Məlumata görə, silahlı qrup cümə günü güclü atəş dəstəyi altında İordaniya ərazisinə sızmağa cəhd edib. Sərhədçilərlə qrup arasında birbaşa silahlı toqquşma baş verib.
Toqquşma nəticəsində silahlı qrupun çoxsaylı üzvləri arasında itkilər olub, qrupun qalan üzvləri isə yenidən Suriya ərazisinə qaçıblar.








