Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində mumiyalanmış kişi cəsədi tapılıb.
Bu barədə REN TV-yə mənbə məlumat verib.
Mənbənin sözlərinə görə, Veteranlar prospektində yerləşən mənzillərdən birində bir neçə il əvvəl intihar etmiş ev sahibinin cəsədi aşkarlanıb.
Məlumata əsasən, cəsəd mənzildə təxminən üç il qalıb. Meyit oktyabrın 23-də tapılsa da, binanın sakinləri hələ də uzun müddət davam edən çürümə prosesinin nəticələrindən əziyyət çəkirlər. Qonşular dözülməz qoxudan və milçəklərin çoxalmasından şikayət edirlər.
Qonşu mənzilin sahibi bildirib ki, idarəedici şirkətə edilən müraciətlər nəticə vermir.








