Hörmüz boğazından çıxan neft tankeri naməlum sursatla hücuma məruz qalıb.
Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Hadisə ilə əlaqədar bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.
Qeyd edək ki, cümə axşamı İranın Fars körfəzindəki Lavan adasından 40 dəniz mili məsafədə daha bir ticarət gəmisi naməlum sursatla vurulub və nəticədə yanğın baş verib.
UKMTO-nun məlumatına görə, oktyabr ayında Hörmüz boğazında gəmilərə qarşı 30-dan çox hücum qeydə alınıb. Bu, ABŞ-İran münaqişəsinin başlanmasından bəri bir ay ərzində qeydə alınan ən yüksək göstəricidir.








