Valideynlərini öldürməkdə ittiham olunan oğlan məhkəməyə daşınaraq gətirilib
7News.az xəbər verir ki, ABŞ-ın Ohayo ştatında universitet professoru olan atasını və ögey anasını güllələyərək öldürməkdə ittiham olunan 31 yaşlı Daniel Consun məhkəməyə gətirilməsi anı böyük diqqət çəkib. Altı ayrı qətl ittihamı ilə üzləşən Cons, öz ayaqları üzərində dura bilmədiyi üçün polis əməkdaşları tərəfindən məhkəmə zalına daşınaraq gətirilib. Şübhəlinin bu davranışının səbəbi hələlik məlum deyil.