Kim Çen In ilk dəfə yeni silahları nümayiş etdirdi
7News.az xəbər verir ki, Şimali Koreya "Pilotsuz Aviasiya Texnologiyalarının İnkişafı Sərgisi - 2026"da yeni nəsil pilotsuz uçuş aparatlarını (PUA) və silah sistemlərini təqdim etdi. Canlı atışlı təlimlər zamanı raketlər hədəfləri yüksək dəqiqliklə vurarkən, Kim Çen In süni intellekt və PUA-ların inkişafı istiqamətindəki işlərin sürətləndirilməsi barədə göstərişlər verdi. Kimin "Sülh yalnız güc vasitəsilə təmin oluna bilər" fikri diqqət çəkdi.