Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Davud Aslan küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən verilən xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində fəaliyyət göstərməyən ət kombinatının ərazisində plastik və taxta materiallar yığılmış sahədə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 1800kv.m. sahəyə yığılmış plastik və taxta materiallar 500kv.m. sahədə yanıb.
Materialların qalan hissəsi yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.
***
saat 05.24
Bakının Nizami rayonunda taxta bazarında güclü yanğın baş verib.
Hadisə Keşlə Ət Kombinatının ərazisində qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) texnikası və canlı qüvvəsi cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisə nəticəsində xəsarət alan olmayıb.








