RU
“Nazirlə bağlı tənqid və iradları qətiyyən bölüşmürəm!” -  Elşən Musayev
16:47
506

“Nazirlə bağlı tənqid və iradları qətiyyən bölüşmürəm!” - Elşən Musayev

"Hörmətli həmkarım Səyyad Aranın Səhiyyə nazirliyi və konkret olaraq nazir Teymur Musayevlə bağlı səsləndirdiyi iradları, tənqidləri əsassız hesab edirəm və qətiyyən bölüşmürəm. Çünki Teymur müəllim bu ölkənin ən çox əlçatılan məmurlarından biridir. Eyni zamanda onun insanlarla münasibətdə sərgilədiyi, nümayiş etdirdiyi həssaslıq, kübarlıq və alicənablıq ən üst, ən maksimum səviyyədədir” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, "Hüquq siyasəti və dövlət quruculuğu” Komitəsinin sədr müavini, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bu gün Milli Məclisin Komitə iclasında Səyyad Aranın Səhiyyə nazirliyi haqda səsləndirdiyi fikirlərə cavab olaraq bildirib.

"Öz təcrübəmdən bircə faktı deyəcəm: Təxminən 2 ay öncə seçicimin müraciəti ilə bağlı təcili olaraq cənab nazirlə danışmaq zərurəti yarandı. Heç hökümət telefonuna da deyil, birbaşa mobil telefonuna mesaj yazdım. Və Teymur müəllim xarici səfərdə ola - ola 10 dəqiqə sonra telefon əlaqəsi yaratdı, problemi soruşdu və anındaca tapşırıq verərək həll elədi. Yəni, Səhiyyə naziri belə bir insandır. Üstəlik, yenidən təkrarən söyləmək istəyirəm: Həm də inanılmaz dərəcədə kübar, alicənab və əsl ziyalı!

Harada, nə zaman Səhiyyə nazirindən söhbət düşübsə, hamı, bütün tanıdıqlarm, ələlxüsus da həmkarlarım ilk əvvəl onun diqqətindən, işinə məsuliyyətlə yanaşmasından, həssaslığından, mədəniyyətindən danışıb. Hamı və hamı! İstisnasız olaraq - hamı!

İndi Teymur müəllim hər kəsə qarşı diqqətli oldu, bir tək hörmətli Səyyad Arana qarşı diqqətsiz və laqeyd?!

İnandırıcı deyil. Həm də heç deyil. Yəni, ən azından mən belə bir şeyin mümkün  olduğuna, olmasına, ola biləcəyinə qətiyyən inanmıram.” - deyə millət vəkili fikirlərinə davam edib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ