RU
İranda Ceyş əl-Ədl terror qruplaşmasının üzvü edam edilib
13:30
18

İranda Ceyş əl-Ədl terror qruplaşmasının üzvü edam edilib

İranda Sistan və Bəlucistan əyalətində polis bölməsinə silahlı hücumda iştirak edən şəxsin barəsində çıxarılmış edam hökmü icra olunub

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Məhkəmə-Hüquq Sistemi Ceyş əl-Ədl terror qruplaşmasının üzvü olan və polis bölməsinə silahlı hücumda iştirak etməkdə ittiham edilən şəxsin edam hökmünün icra olunduğunu açıqlayıb.

Edam edilən şəxs İranda "Ceyş əl-Zolm” adı ilə tanınan Ceyş əl-Ədl terror qruplaşmasının üzvü olub. O, İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan əyalətinin Xəş şəhərində polis bölməsinə silahlı hücum etməkdə ittiham olunub. Hücum nəticəsində həmin polis bölməsinin əməkdaşları həlak olub və yaralanıblar.

Təqsirləndirilən şəxsin barəsindəki edam hökmü onun tutulması, istintaqın tamamlanması, məhkəmə araşdırmalarının aparılması və qanuni prosedurların başa çatmasından sonra bu gün icra edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ