RU
İran məsələsi Tramp komandasını iki yerə böldü: Heqset hücum, Vens diplomatiya istəyir
14:00
13

İran məsələsi Tramp komandasını iki yerə böldü: Heqset hücum, Vens diplomatiya istəyir

ABŞ Prezidenti Donald Trampın Administrasiyasının daxilində İrana hərbi zərbələrin bərpa olunmasının məqsədəuyğunluğu barədə mübahisələr davam edir, lakin məsələ ilə bağlı hələ ki, yekun qərar qəbul edilməyib.

Bu barədə mənbələrə istinadən "NBC News" telekanalı məlumat yayıb.

Məlumata görə, Pentaqon rəhbəri Pit Heqset zərbə tərəfdarı kimi çıxış edir. ABŞ-nin Vitse-prezidenti Cey Di Vens isə hesab edir ki, mövcud problemin həlli üçün diplomatik yollar axtarılmalıdır.

Bununla yanaşı, qeyd olunur ki, Trampa İrana qarşı yeni zərbə kampaniyasını yanvar ayına qədər həyata keçirməyin daha yaxşı olacağı barədə xəbərdarlıq edilib, məhz həmin vaxt yeni çağırış Konqres işə başlayacaq və respublikaçılar orada artıq çoxluğa sahib olmayacaqlar.

Bildirilir ki, əgər ABŞ prezidenti yenə də İrana hücumla bağlı əmr verərsə, əsas hədəflər kimi nüvə obyektləri, eləcə də neft-qaz infrastrukturu seçilə bilər.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ