RU
Meqan Marklın uşaqların cinsi istismarı ilə bağlı saxlanılan atası sərbəst buraxıldı
14:30
17

Meqan Marklın uşaqların cinsi istismarı ilə bağlı saxlanılan atası sərbəst buraxıldı

Meqan Marklın atası Tomas Markl uşaqların cinsi istismarını əks etdirən materialların saxlanılması ilə bağlı cinayət işi çərçivəsində girov müqabilində sərbəst buraxılıb.

Bu barədə "People" nəşri məlumat yayıb.

Markl daha əvvəl nəzarətə götürüldüyü Floridadakı qocalar evinə geri göndərilib. O, irəli sürülən ittihamları qəbul etməyib və günahkar olmadığını bildirib.
 
02:01

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Marklın atası Tomas Marklı uşaqların cinsi istismarını əks etdirən materialları saxlamaqda ittiham edərək tutublar.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 82 yaşlı Tomas Markl noyabrın 6-da Florida ştatında yaşlılara qulluq müəssisəsində saxlanılıb.

İstintaqın məlumatına görə, FTB əməkdaşları onun Los-Anceles ərazisində icarəyə götürdüyü iki anbarda axtarış aparıblar. Axtarışlar zamanı uşaqların cinsi istismarını əks etdirdiyi ehtimal olunan materiallar aşkarlanaraq götürülüb.

Daha əvvəl "The Sun" nəşri Tomas Marklın belə materialları saxlamaqda şübhəli bilinərək araşdırmaya cəlb olunduğunu yazmışdı. Markl isə ittihamları rədd edib.
Meqan Marklın uşaqların cinsi istismarı ilə bağlı saxlanılan atası sərbəst buraxıldı
Meqan Marklın uşaqların cinsi istismarı ilə bağlı saxlanılan atası sərbəst buraxıldı

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ