7News.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanın paytaxtı Kiyevdəki məlumat emalı mərkəzlərinə və Odessa şəhərindəki logistika mərkəzinə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyini açıqlayıb. Bəyanatda həmçinin qeyd olunub ki, Odessa limanı yaxınlığında dənizdə hərəkətdə olan və Ukrayna ordusu üçün hərbi təchizat və ikili təyinatlı yüklər daşıyan quru yük gəmisi vurulub.








