Dünən Abşeron rayonunun Novxanı kəndində dənizdə iki nəfər batıb.
7News.Az-ın məlumatına görə, suda boğulan şəxslərin hər ikisi Cəliabad rayon sakinləridir.
2000-ci il təvəllüdlü Hüseynov Fərid Ələddin oğlu suda boğulma təhlükəsi ilə üzləşib. O, sahilə çıxsa da, dünyasını dəyişib.
Digər şəxs - 1999-cu il təvəllüdlü Bağırzadə Nazim Hətəm oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Hər iki şəxs birinci kurs tələbəsi olub. Onlar Cəlilabaddan paytaxta təhsil almaq üçün gəliblər.
7News.Az








