Türkiyədə 7 əsgər şəhid verdi

Türkiyədə 7 əsgər şəhid verdi

Türkiyənin şərqində PKK terror təşkilatına qarşı gedən döyüşlərdə türk silahlı qüvvələrinin xüsusi təyinatlı yeddi əsgəri şəhid olub.

Bu haqda "ANF" agentliyi xəbər yayıb.

Məlumata görə, əməliyyat zamanı Türkiyə Silahlı Qüvvələrinin bir neçə hərbçisi yaralanıb. Terrorçularla türk xüsusi bölmə əsgərləri arasında ağır döyüşlər Türkiyənin şərqindəki Şirnak əyalətində baş verib.
Agentliyin xəbərinə görə, terrorçular eyni vaxtda polis departamentinə və kazarmasına, internat məktəbinə və hərbçi yataqxanasına hücum ediblər.
Döyüşlər zamanı bir neçə terroçu öldürülüb.
Agentliyin daha bir məlumatına görə, döyüşlər hazırda davam edir./report

7news.Az

Xəbər lenti