"Şəhərin mərkəzində yaşayırıq"
"Övladımın mənə "ata" deməsinə hazır deyiləm"
"Bəylik kürsüsündə əyləşməyə hazır deyiləm"
"ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinin qonağı olan müğənni Rəhim Rəhimli maraqlı açıqlamalar verib.
Sevilən ifaçı yeni mahnılarından və konsertlərindən söz açıb: "Nadir Nağd pulun studiyasına getdim. Orada Miri Yusifin mahnılarını yazan MC Muradı gördüm. Onun mahnılarına pərəstişkarlığım var. Bir yaradıcı insan kimi bir-birimizə hörmətimiz var. Yaxınlaşdı mənə, söylədi ki, ”Rəhim müəllim, istəyərdim ki, məndən bir mahnı oxuyasınız”. O, mənə telefonda bir mahnı göstərdi. Açığını deyim ki, mahnını bəyəndim. Studiyada Nadir də bu mahnını bəyəndi. Ancaq söylədi ki, nəqarət hissəsində bir qədər plagiatlıq var. Bu söz məni tutdu. Axı mahnını bəyənmişəm, oxumaq istəyirəm. MC Murad bunu mənə hədiyyə verir. Ancaq təssəvvür edin ki, mən bəstəkar ola-ola, plagiat bir mahnı oxuyacaqdım. Nadir təklif etdi ki, hansı yeri plagiatdır, həmin yeri özün yaz. Mən də elə bu cür etdim”.
Daha sonra Rəhim Rəhimli yeni klipindən danışıb: "Sankt-Peterburqdan bir nəfər həmvətənlimiz mənə yazırdı ki, gəncəm, istedadlıyam, çox istərdim ki, sizinlə bərabər bir layihə reallaşdırım. Ağlıma bu oğlan gəldi. Adı N-Lee, Nihatdır. Sankt-Peterburqda yaşayır. Biz onu Bakıya dəvət etdik. Studiyada bərabər bir mahnını ifa etdik və mahnı çox sevildi. Bir həftə keçən kimi müsbət rəylər gəlməyə başladı. Bundan sonra, artıq, qərara aldıq ki, Şamaxıya gedək və mahnıya klip çəkdirək. İki gün, iki gecə Şamaxıda qaldıq. Klip çəkilişləri oldu. Çəkilişlərin "Crazy ice” qrupu ilə olan rep hissəsi Bakıda, stadionlardan birində reallaşdı”.
Müğənni ailə qurmaq məsələsinə də toxunub: "Əgər indi mən bəylik kürsüsündə əyləşməyə hazır deyiləmsə, bu qədər insana əziyyət verib dəvət etmək düzgün olmaz. Axı bizim adət-ənənələrimiz var. Etiraf edim ki, mən indi bir vətəndaş nikahındayam. Bir bərabərliyim var. Yaşayırıq, Xoşbəxtik. Şəhərin mərkəzində oluruq. Bu dəqiqə övlad sahibi olum və mənə övladım " ata” desin, açığını söyləyim ki, buna hazır deyiləm”.








