RU
lombard
BMM-də “İrəvan həqiqətləri Beynəlxalq Müstəvidə” adlı tədbir keçirildi
11:49
606

BMM-də “İrəvan həqiqətləri Beynəlxalq Müstəvidə” adlı tədbir keçirildi

Beynəlxalq Mətbuat Mərkəzində 25 noyabr 2015-ci il Azərbaycan Milli QHT Forumu (MQF) Elm Mərkəzi və Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunan “İrəvan həqiqətləri Beynəlxalq Müstəvidə” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev Quba Soyqırım Memorial Kompleksinin açılışı zamanı söylədiyi nitqində qeyd etdirdi ki, “İrəvan, Göyçə və Zəngəzur Azərbaycanın əzəli və əbədi torpağıdır. Biz öz fəaliyytimizlə həmin müqəddəs günü yaxınlaşdırmalıyıq” . Bu sahədə biz vətəndaş cəmiyyəti olaraq öz üzərimizə düşən məsuliyyəti yerinə yetirməyə çalışırıq.
Sonra "Vətəndaşların Sosial Rifahi Naminə" İB-nin sədri İradə Rzazadə çıxışında qeyd etdi ki, bu vaxta qədər İrəvanın tarixini özündə əks etdirən foto-şəkillərə sərgilər təşkil olunmuşdur. Belə sərgilərdən biri Türkiyə Cumhuriyyəti Ərciyəz Universitetinin dəvəti ilə keçirilmişdir. Həmçinin qeyd etdi ki, bu kimi foto sərgiləri. tədbirləri gələcəkdə xarici ölkələrdə keçirməyi nəzərdə tuturuq.
Daha sonra Milli QHT Forumu Elm Mərkəzinin rəhbəri Nüşabə Məmmədova çıxışında qeyd etdi ki, tarixi sənədlər göstərir ki, Qənubi Qafqazda ilk erməni dövlətinin tarixi 1918-ci ildən başlayır. 9 min km2 sahədə müəyyən şərtlər əsasında yaradılan Ermənistan Respublikasının indiki ərazisi 29 min km2-ə yaxındır və sonradan əldə olunan 20 min km2 yenə də Azərbaycan xalqının tarixi torpaqlarıdır. Bu torpaqlarda Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələri dağıdılır və ya erməniləşdirilir. O, həmçinin qeyd etdi ki, bütün tarixi həqiqətlər maarifləndirici tədbirlərin həyata keçirilməsi ilə dünya birliyi dövlətlərinə çatdırılmalıdır.
Tədbirdə tarixçı alim xanım Firdovsiyyə Əhmədova, Kulinariya Mərkəzinin rəhbəri cənab Tahir Əmiraslanov, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, professor Əziz Ələkbərli, İrəvan ziyaləları kitabının müəllifi, professor Əsgər Zeynalov və digərləri İrəvan həqiqətlərinin dünya ictimsiyyətinə çatdırılmasına öz dəyərli təkliflərini verdilər.
Tədbirdə İrəvan Xanlığının üç xanının nəticəsi, AMEA-nın Geologiya İnstitutunun aparıcı elmi işçisi, Geologiya üzrə fəlsəfə doktoru Ofelya xanım Bağırbəyova da iştirak edirdi.
Tədbirin sonunda "Vətəndaşların Sosial Rifahi Naminə" İctimai Birliyinin sədri İradə Rzazadə İrəvan tarixi foto sərgisinin təqdimatını etdi.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ