RU
BMT “ASAN xidmət”in daha geniş miqyasda təşviqində maraqlıdır
09:58
22

BMT “ASAN xidmət”in daha geniş miqyasda təşviqində maraqlıdır


Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti "DİM 16” üzrə Konfransda iştirak məqsədilə Nyu-Yorkda səfərdədir. Səfər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavininin, İtaliyanın BMT yanında daimi nümayəndəsinin və Beynəlxalq İnkişaf Hüququ Təşkilatının Baş direktorunun dəvəti əsasında baş tutur.

BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua ilə görüş zamanı 2024-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində həyata keçirilmiş fəaliyyətlərdən söz açılıb. Eləcə də Azərbaycan tərəfinin dəstəyi ilə "ASAN xidmət” təcrübəsi əsasında ən az inkişaf etmiş, dənizə çıxışı olmayan inkişaf etməkdə olan və inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün müvafiq istiqamətlər üzrə potensialın artırılması sahəsində icra olunan və planlaşdırılan layihələr barədə müzakirələr aparılıb.

BMT rəsmisi "ASAN xidmət” təcrübəsini nümunəvi model kimi qeyd edib və hazırda müvafiq təcrübənin dünyanın bir sıra ölkələrində tətbiqini təqdirəlayiq hal kimi vurğulayıb. 

O,  dövlət xidmətləri və dövlət idarəçiliyi sahəsində BMT ilə həyata keçirilməkdə olan uğurlu əməkdaşlığa görə Azərbaycan Respublikasına təşəkkürünü bildirib və tərəfdaşlığın daha da genişləndirilməsi istiqamətində tam dəstəyini ifadə edib.

Səfər çərçivəsində Dövlət Agentliyinin sədrinin "DİM 16” üzrə Konfransda çıxışı və xarici ölkələrin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri ilə görüşləri nəzərdə tutulur.
 
 
 
 
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ