Boliviya Rusiyanın "Sputnik V" koronavirus peyvəndini qeydiyyata salıb.
7News.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Birbaşa İnvestisiyalar Fondundan (RBIF) bildirilib.
Məlumata əsasən, qeydiyyat sürətləndirilmiş prosedur çərçivəsində həyata keçirilib.
Vaksin Rusiyada klinik sınaqların üçüncü mərhələsinin nəticələrinə əsasən, Boliviyada əlavə klinik sınaqlar aparılmadan təsdiq ediib.
Daha öncə yayılan məlumata görə, Argentinada Rusiyanın "Sputnik V" peyvəndi ilə vaksinasiyaya start verilib.
7News.Az








