RU
Bolqarıstanda silah zavodunda partlayış olub, ölənlər var
18:40
201

Bolqarıstanda silah zavodunda partlayış olub, ölənlər var

Bolqarıstanın Kazanlık şəhərində yerləşən və odlu silah, sursat istehsal edən böyük zavodda ("Arsenal”) partlayış baş verib.

Bu barədə Bolqarıstan milli televiziyası məlumat yayıb.
Bildirilib ki, hazırda 3 nəfərin ölümü barədə məlumat var.

Partlayış yerli vaxtla saat 11:00 radələrində, pirotexnik vasitələrin saxlanıldığı anbarda baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, 2 dəfə partlayış olub və hadisə baş verən rayonun üzərində qara tüstü buludu görünür.

Partlayış nəticəsində yaralanan 3 qadın xəstəxanaya çatdırılıb və zavodun 2 nəfər xanım əməkdaşının axtarışları davam edir./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ