RU
Boris Conson karantin qaydalarını pozduğu üçün tənqid olunur
20:10
386

Boris Conson karantin qaydalarını pozduğu üçün tənqid olunur

Böyük Britaniya Baş nazirinin "Dauninq-strit"də yerləşən iqamətgahının həyətindən yayılan foto tənqidlərə yol açıb.

Nüfuzlu "Guardian" nəşrinin yaydığı, 15 may 2020-ci il tarixində çəkilən fotoda Baş nazir və ofisinin 17 işçisinin 'Dauninq-strit"in həyətində birgə oturduğu, şərab içdikləri görülür.
Həmin dövrdə isə Britaniyada tətbiq edilən karantin şərtlərinə görə, iki nəfərdən artıq şəxsin bir yerə toplaşması qadağan idi. Bundan başqa, həmin vaxt karantin qaydalarına görə, iş yerlərində yalnız zəruri hallarda iclasların keçirilməsinə, bu halda isə iki metrlik sosial məsafənin saxlanmasının lazım gəldiyi məlum idi.

Ancaq "Guardian" nəşrinin yaydığı fotoda Baş nazir Boris Conson, həyat yoldaşı Kerri Conson və yeni doğulan uşaqlarının da olduğu yığıncaqda bu karantin şərtlərinə əməl edilmədiyi görülür.

Baş nazirin ofisindən şəkillə bağlı verilən cavabda isə yay aylarında "Dauninq-strit" işçilərinin mütəmadi olaraq bəzi görüşlər üçün iqamətgahın həyətindən istifadə etdikləri, həmin gün də Boris Consonun bir sıra görüşlər keçirdiyi deyilib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ