Amerikalı oftalmoloq və botoks preparatının yaradıcısı Alan Skott 90 yaşında dünyasını dəyişib.
7News.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Skottun qızı Elison Ferqyuson açıqlayıb.
Onun sözlərinə görə, Skott dekabrın 16-da Kaliforniyada vəfat edib. Onun ölümünə səbəb sepsis xəstəliyi olub.
Qeyd edək ki, botoksdan ilk olaraq oftalmologiyada istifadə olunub. 2002-ci ildə isə ABŞ-ın Qida Məhsullarının və Dərmanların Keyfiyyətinə Sanitar Nəzarət İdarəsi (FDA) botoksdan kosmotoloji məqsədlər üçün istifadə etməyə icazə verib.
7News.Az








