RU
Britaniya İranın əxlaq polisinə sanksiya tətbiq edib
18:40
24

Britaniya İranın əxlaq polisinə sanksiya tətbiq edib

Böyük Britaniya İranın əxlaq polisi və güc strukturlarının aparıcı vəzifəlilərinə qarşı sanksiya tətbiq edib.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, məlumatı Böyük Britaniyanın Xarici İşlər Nazirliyi yayıb.

Məlumata görə, krallığın xarici işlər naziri Ceyms Kleverli bildirib ki, rəsmi London İran hakimiyyətini qadınlara qarşı təzyiqlərə və etirazların yatırılmasına görə cavabdehləri məsuliyyətə cəlb etməyə çağırır.

Qeyd edək ki, İranda əxlaq polisi hicab qaydalarını pozduğu üçün 22 yaşlı Məhsa Əminini qətlə yetirdiyi üçün kütləvi etiraz aksiyaları keçirilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ