Böyük Britaniyada son sutka ərzində 39 906 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 5 602 321 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 84 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 128 980 nəfərə çatıb.
7NEWS.Az








