>
RU
lombard
Britaniyada koronavirusun yeni ştammı tapıldı
18:00
2561

Britaniyada koronavirusun yeni ştammı tapıldı

Böyük Britaniyada koronavirusun yeni - B.1.621 ştammı tapılıb.

RBC bu barədə ölkənin ictimai səhiyyə xidmətinin (PHE) məlumatına istinadən xəbər yayır.

Qeyd edilir ki, Britaniyana 16 nəfərdə virusun yeni variantı aşkarlanıb. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir.

Mütəxəssislərin yeni ştammın daha yoluxucu olması və ya vaksinlərə qarşı davamlı olub-olmaması barədə məlumatları yoxdur. Həkimlər mutasiyanın virusun fəaliyyətinə necə təsir etdiyini anlamaq üçün laboratoriya testləri aparırlar.


Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ