7News.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə vəzifəsini tərk etməzdən əvvəl bir okean və bir çayın adını dəyişdirmək istədiyini bildirib. Şənbə günü Tennessi ştatının Klarksvill şəhərində keçirilən mitinqdə çıxış edən Tramp Atlantik və ya Sakit okeana "Tramp Okeanı" və ya "Amerika Okeanları" adını verməyi düşündüyünü açıqlayıb.








