RU
Bu ərazilərdə ictimai çimərliklər yaradılacaq - BŞİH siyahını açıqladı
13:10
291

Bu ərazilərdə ictimai çimərliklər yaradılacaq - BŞİH siyahını açıqladı

Bakı şəhərində çimərlik mövsümündə vətəndaşlardan daxil olmuş müraciətlər, onların istək və arzuları nəzərə alınaraq aidiyyatı dövlət qurumlarının tapşırıqlarına əsasən paytaxtın bir sıra dənizkənarı ərazilərində ictimai çimərliklərin yaradılması işlərinə başlanılıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən 7News.Az-a daxil olan məlumatda deyilir.

Bildirilir ki, bu çimərliklər ilk mərhələdə Səbail rayonu "Şıx” ərazisində və Novxanı qəsəbəsində, sonradan isə Hövsan, Buzovna, Bilgəh, Nardaran olmaqla ümumilikdə 7 ərazidə yaradılacaq. Çimərliklərə giriş pulsuz olacaq, müvafiq qurumlar tərəfindən bura nəzarət ediləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ