RU
Bu görüntülərə görə Ağciyər İnstitutunun direktoruna ciddi xəbərdarlıq edildi - VİDEO
12:20
312

Bu görüntülərə görə Ağciyər İnstitutunun direktoruna ciddi xəbərdarlıq edildi - VİDEO

"Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda karantin rejimi qaydalarını pozaraq, keçirilən tədbirlə əlaqədar aparılan araşdırma yekunlaşıb”.

Bu barədə 7News.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı institutun direktoruna xəbərdarlıq edilib:

"Həkimlər arasında kütləvi tədbirin keçirilməsi barədə məlumat əsasında araşdırma aparıldı. Nəticədə, institutun direktoru Həqiqət Qədirovadan izahat alınıb. Ona ciddi xəbərdarlıq edilib. Bir daha belə nöqsanlara yol verilməməsi tapşırılıb”.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ