Amasyada ikimərtəbəli sərnişin avtobusu aşdı: Əlliyə yaxın yaralı var
Türkiyənin Amasya bölgəsinin Merzifon rayonunda ikimərtəbəli sərnişin avtobusunun aşması nəticəsində 46 nəfər xəsarət alıb.
Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, İstanbuldan Orduya gedən nəqliyyat vasitəsi sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
Hadisə yerinə polis, tibb və yanğınsöndürmə qrupları göndərilib.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.