RU
Bu il Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb, biri tapılıb
17:10
1607

Bu il Gürcüstanda iki Azərbaycan vətəndaşı itkin düşüb, biri tapılıb

Bu ilin birinci yarısında Gürcüstanda iki nəfər Azərbaycan vətəndaşı itkin düşüb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin ilk yarımil üzrə hesabatında bildirilib.

Sənədə əsasən, onların biri tapılıb, digərinin axtarışları isə davam etdirilir.

Hesabat dövründə Gürcüstanda ümumilikdə 78 nəfər itkin düşüb. Həmin şəxslərin 59-u tapılıb, 19-u isə axtarışdadır.

İtkin düşmüş digər əcnəbilərə gəlincə, axtarılan iki nəfər Rusiya vətəndaşının biri tapılıb, digərinin yerini isə müəyyən etmək hələ mümkün olmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ