RU
Bu ölkədə maska ilə bağlı yeni qərar: Noyabrın 3-dən..
12:50
289

Bu ölkədə maska ilə bağlı yeni qərar: Noyabrın 3-dən..

Noyabrın 3-dən Braziliyanın Federal Dairəsində qoruyucu maskaların taxılması könüllü olacaq.

7News.Az APA-ya istinadən xəbər verir ki, bununla bağlı paytaxt qubernatoru müvafiq fərman imzalayıb.

Sənədə əsasən, maskanın açıq havada taxılması artıq məcburi olmayacaq, lakin qapalı məkanlarda - ictimai nəqliyyatda, ticarət, istehsal və xidmət müəssisələrində bu tələb qüvvədə qalacaq.

Bundan əlavə, qubernator 2020-ci ilin martından 2021-ci ilin iyul ayına qədər tamamilə bağlanan dövlət məktəblərində tədris prosesinin tam bərpası barədə göstəriş verib.

Qyd edək ki, Braziliyada koronavirusa ilk yoluxma halı ötən il fevralın 26-da təsdiqlənib.

Ölkə virusa yoluxanların sayına görə (21,7 milyon nəfərdən çox) ABŞ və Hindistandan sonra dünyada üçüncü yerdədir. Ölənlərin sayına görə (606 mindən çox) ABŞ-dan sonra ikinci yerdədir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ