Yeni Zelandiya gələcək nəslə siqaret çəkməyi rəsmən qadağan edəcəyini açıqlayıb.
7NEWS.Az xarici KİV-ə istinadla xəbər verir ki, qəbul edilən qərara görə, gələn il qüvvəyə minməsi gözlənilən qanun çərçivəsində 2008-ci ildən sonra doğulanlar artıq siqaret və tütün məmulatı ala bilməyəcək.
Yeni Zelandiyanın Səhiyyə naziri Ayeşa Veral açıqlamasında gənclərin heç vaxt siqaret çəkməməsini təmin etmək istədiklərini deyib.
Hazırda Yeni Zelandiyada yetkin insanların təxminən 13 faizi siqaret çəkir. Bu göstərici təxminən 10 il əvvəl 18 faiz idi. 2025-ci ilə qədər ölkədə siqaret çəkmə nisbətinin 5 faizə endirilməsi və sonra isə tamamilə qadağan edilməsi hədəflənir.
Qəbul edilən qərarlar arasında ölkədə tütün qiymətlərində nikotinin səviyyəsinin məhdudlaşdırılması da var. Eyni zamanda siqaret satılan mağazaların sayı 500-dən aşağı salınacaq və narkomaniya ilə mübarizə xidmətlərinə daha çox vəsait ayrılacaq. Yeni məhdudiyyətlər elektron siqaret məhsullarına təsir etməyəcək.
Ölkənin səhiyyə ekspertləri tütünə çıxışı azaldan və siqaretlərdə nikotinin səviyyəsini məhdudlaşdıran qərarları alqışlayıblar.
7NEWS.Az







