RU
Bundestaq hökuməti Ukraynaya kömək üzrə uzunmüddətli strategiya hazırlamağa çağırıb
18:10
182

Bundestaq hökuməti Ukraynaya kömək üzrə uzunmüddətli strategiya hazırlamağa çağırıb

Almaniya Bundestaqının Müdafiə Komitəsinin sədri Mari-Aqnes Ştrak-Tsimmermann Almaniya hökumətini Ukraynaya hərbi yardım üzrə uzunmüddətli strategiya hazırlamağa çağırıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, o, bu barədə Almaniya mətbuatına bildirib.

Onun sözlərinə görə, Almaniya yaxın aylarda Ukraynanı dəstəkləməyə davam etmək üçün tərəfdaşları ilə birlikdə ssenari hazırlamalıdır.

O bildirib ki, yalnız yardım çağırışlarına cavab vermək uzunmüddətli strategiya deyil: "Ukraynadakı vəziyyət birbaşa digər ölkələrə, o cümlədən Almaniyaya təsir edir".

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ