Radikal müxalifətin, xarici kəşfiyyat orqanlarının əlində oyuncaq olan yaramazların və xüsusən də "Netflix” filmlərində ozünü sınamağa qərar verən Cəmil Həsənlinin qəfil aktivləşməsi ondan xəbər verir ki, anti-Azərbaycan qrupunun fəaliyyəti məlum mərkəzlərdən nöqtə-vergülünə qədər idarə, koordinasiya edilir. Yəni, təsadüf deyə bir şey yoxdur. Hər şey planlıdır.
Özlərini "Tereza ana”, "Femida” kimi aparırlar. Yuyulmamış çömçə kimi atlanıblar ortalığa. Kim həbs olunsa, hadisəyə çevirirlər. Hərgah, bu buqələmunlardan bir soruşan lazım ki, həmin adamların günahları, cinayətləri fakt və dəlillərlə sübut edilsə cavabdeh olacaqsanmı, "qələt edib müdafiə etmişəm, bilməmişəm” – deyəcəksənmi? Yox, əlbət! Hara deyirlər?! Əsla deməzlər. Çünki, bunların işi müdafiə deyil, kiminsə boynuna çıxıb yekə görünməkdir, su bulandırmaqdır, ləyaqətsizlikdir, sui-istifadədir, imitasiyadır!
Təşkilatlarında (daha dəqiq desək: dərnəklərində) isə çıxhaçıxdı, tərkhatərkdi. Ədliyyə Nazirliyinə bir neçə ay əvvəl 5004 nəfərlik reyestr siyahısı vermişdilər. Amma çox güman ki, artıq onların tən yarısı partiyadan uzaqlaşıb. Bu səbəbdən vurnuxurlar, söhbəti fırladırlar, dəxilsiz mövuları gündəmə gətirməklə əsas məğzdən yayınmağa çalışırlar.
Və...qurultayın keçirilməsi ilə bağlı dövlət orqanlarına ünvanladıqları ittiham da təxminən eyni qəbildəndir. Yenə böhtan. Yenə iftira...
Ya məktub yazmayıblar, ya qurultaya gətirməyə adam tapmayıblar, ya da nəsə öz başqa problemləri çıxıb. Günahı isə həmişəki kimi qarşı tərəfdə axtarırlar.
***
Amma sizə tam səmimi bir şey deyim. Mənim diqqətimi bu aralar ən çox "Netflix” söhbəti cəlb edib və fikrim də əsas bu mövzuda ilişib qalıb. Həqiqətən, çox maraqlıdır: Cəmil əkənin kinodakı rolu, ssenaridəki obrazı... Görəsən necə olacaq, neyləyəcək, nə oyun çıxardacaq? Əməlli səbrsizlənirəm.
Üstəlik, deyirlər apreldə təqdimatı gözlənilir.
Bircə normal film olsun. Yenə gizlin-gizlin telefondan, internetdən baxmayaq.
Çün, məlum soyadın timsalında "18+” janrına tamaşa eləməkdən bezmişik.
Hətta diksinmişik...
Elşən Musayev, Milli Məclisin deputatı.








