Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti daha bir tender elan edib.
Müsabiqənin məqsədi Qax rayonunda 1 ədəd fərdi yaşayış evinin tikintisi və Şəki şəhərində 1 ədəd fərdi yaşayış evinin təmiri və istinad divarının tikintisini həyata keçirməkdir.
Açıq mənbələrdə qeyd edilib ki, sözügedən işlərin həyata keçirilməsi üçün FHN 170 min 114 manat pul ayırmağa nəzərdə tutub.








